• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yer kürəsində maqnit qasırğası başlayıb

    19

    okt

    Yer kürəsində maqnit qasırğası başlayıb

    Alimlərin əvvəlcədən proqnozlaşdırdığı maqnit qasırğası Yer kürəsində artıq başlayıb.

    Ekoogiya.az xəbər verir ki, məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayıb.

    Bu, oktyabr ayında qeydə alınan üçüncü belə hadisədir.

    İnstitutun məlumatına görə, oktyabrda artıq iki maqnit qasırğası müşahidə olunub. Onlardan biri 1–3 oktyabr, digəri isə 12 oktyabr tarixlərində baş verib.

    Bildirilib ki, Yer maqnit sahəsindəki narahatlıq dərəcəsi beşballıq şkala üzrə G1 səviyyəsinə çatıb.

    Bu şkalada G5 “ekstremal güclü”, G1 isə “zəif” qasırğa hesab olunur.

    Tarix : 19-10-2025, 10:53 | Oxunub: 1 472