• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yağışlı Bakıdan FOTOREPORTAJ - FOTO

    05

    dek

    Yağışlı Bakıdan FOTOREPORTAJ - FOTO

    Yağış yağır, rəqs eyləyir gur damlalar, Sıra-sıra, inci-inci nur damlalar… Poeziyamızın nakam şairi Mikayıl Müşfiq yağışı belə təsvir edirdi.

    Şair demişkən yağış yağması göyün üzünü örtən buludların boşalması, ildırımların şaqqıldaması, navalçaların su ilə ləbələb dolması, quşların yuvasına qısılıb gizlənməsidir.

    Bunlar öz yerində, yağış həm də ana təbiətə səpilən nur, bolluq-bərəkətdir. İlin bu vədəsi bar-bəhərini yerə qoyan bağlar, urulanmış bostanlar, qızılı-sarı dona bürünən meşələr, sakit-sakit uyuyan çöl-çəmən payız yağışı altında təzələnir, durulur. El arasında da elə belə də deyirlər: “Göydən yerə nur yağır”. Hər dəfə yağışdan sonra elə bil təbiət də təmizlənir, hər tərəfdə paklıq, duruluq, saflıq hiss olunur.

    Payız bəzən təsadüfən “son bahar” adlandırmırlar. Payızın bəzi əlamətləri bizə yazı xatırladır. Onlardan biri də tez-tez yağan yağışlardır. Qışın nəfəsi duyulsa da, bir üzü bahar, bir üzü payız keçən bu günlərdə çətir götürmək, qalın geyinmək, papaq qoymaq bəlkə də kimdəsə nostalji hisslər oyadır. Amma niyə? Həmişə qışda yayı, yayda payızı arzulamırıqmı? Bir-iki günlüyə, lap bir neçə saatlığa bahara dönməyin, təzədən nostalji hisslər yaşamağın nəyi pisdir?

    Yağışlı günlərin füsunkar və ələdüşməz mənzərələri, lövhələri də var. Bu da onlardan biri:

    Göyün alovundan, odundan çıxıb

    Damlalar yolları didər yağışda.

    Oğlanın pencəyi yadından çıxıb

    Bir qızın çiynində gedər yağışda…

    Yeri gəlmişkən, sinoptiklər sabaha da günəşli hava vəd eləmirlər...

    Azertac


    Tarix : 5-12-2025, 15:05 | Oxunub: 2 128