• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Regionlarda ekoloji maarifləndirici görüşlər keçirilib - FOTO

    21

    yan

    Regionlarda ekoloji maarifləndirici görüşlər keçirilib - FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən region məktəblərində “Ətraf mühitin mühafizəsi sahəsində düzgün ekoloji davranışın formalaşdırılması” mövzusunda maarifləndirici görüşlər təşkil olunub.

    Ekologiya.az bildirri ki, görüşlər Bərdə rayonu Y. Qarayev adına Mustafaağalı kənd məktəbində, Tərtər rayonu E. Muradov adına Hacıqərvənd kənd məktəbində, həmçinin Lənkəran rayonunun Rvo və Şürük kənd məktəblərində keçirilib.
    Tədbirlər zamanı şagirdlərə:
     tullantıların çeşidlənməsi və təkrar emal,
     su və enerji resurslarından səmərəli istifadə,
     iqlim dəyişmələri və gündəlik davranışların ətraf mühitə təsiri,
     bitki və heyvanların ekosistemdə rolu mövzularında məlumatlar verilib.
    Görüşlər interaktiv formatda keçirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
    Bu maarifləndirici tədbirlərin əsas məqsədi uşaqlarda ekoloji şüurun formalaşdırılması, düzgün ekoloji davranış vərdişlərinin aşılanması və təbiətə qarşı məsuliyyət hissinin gücləndirilməsidir.

    Tarix : 21-01-2026, 19:36 | Oxunub: 1 432