Tibbi tullantıların təhlükəsiz idarə olunması ilə bağlı maarifləndirici tədbirlər davam edir
“
Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda keçirilən görüşlərdə iştirakçılara tibbi tullantıların növləri, onların düzgün çeşidlənməsi, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi üsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda, tibbi tullantıların düzgün idarə olunmaması nəticəsində yarana biləcək ekoloji və sanitar risklər diqqətə çatdırılıb.
Tədbirlərin əsas məqsədi tibbi tullantıların idarə olunması ilə bağlı mövcud qaydalar barədə məlumatlılığı artırmaq, insan sağlamlığının və ətraf mühitin qorunmasının vacibliyini bir daha vurğulamaqdır.