• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 20-dən çox ölkənin QHT-ləri Cənubi Qafqaz regionunda ekoloji ədalətlə bağlı bəyanat yaydı

    31

    yan

    20-dən çox ölkənin QHT-ləri Cənubi Qafqaz regionunda ekoloji ədalətlə bağlı bəyanat yaydı

    Dünyanın 22 ölkəsindən 49 Qeyri- Hökumət Təşkilatı (QHT) və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb.

    “Report” xəbər verir ki, onlar Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir.

    Bəyanatda deyilir ki, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır: “Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur. Yaxın zamanda COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir”.

    Bəyanatda Ermənistan hökuməti və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətlər həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırılır: “Xarici QHT-lər Amuldağ mədənində işlərin dərhal dayandırılması ilə bağlı Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının müraciətinə həmrəy olduqlarını da bəyan edirlər.Son vaxtlar Azərbaycan QHT-lərinin bəyanatlarının xarici ölkələrdə, o cümlədən Ermənistandan ciddi rezonans doğurması müşahidə edilir. Xarici QHT-lər Ermənistandan ekoloji öhdəliklərini yerinə yetirməyi tələb edirlər.

    “Biz, aşağıda imza edən xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları və fəalları Ermənistan Respublikasının dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin ekologiyaya vurduğu ciddi ziyanla bağlı dərin narahatlığımızı bildiririk. Ermənistanın dağ-mədən sənayesindəki hava və suyun çirklənməsi vaxtilə lokal xarakterli olsa da, artıq onun fəsadları təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün ciddi təhdidə çevrilib. Ermənistanın mədən sənayesi transsərhəd çayları çirkləndirməklə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada bir sıra ekoloji problemlərə səbəb olmaqda davam edir. BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur”, - müraciətdə vurğulanıb.

    Qeyd olunub ki, yaxın zamanda BMT-in İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı - COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir: “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), iqlim dəyişmələrinə həsr olunmuş əsas beynəlxalq razılaşmanın, inkişaf etmiş ölkələr üçün məcburi emissiyaların azaldılması hədəflərini müəyyən edən UNFCCC ilə əlaqəli beynəlxalq müqavilə olan Kioto Protokolunun, eləcə də UNFCCC çərçivəsində qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 2 dərəcədən çox aşağı səviyyədə məhdudlaşdırmaq məqsədi daşıyan beynəlxalq müqavilə - Paris Sazişinin tərəfi kimi, Ermənistan qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizə aparmaq və planetin qorunmasında qaydalara riayət etmək öhdəliyini götürüb. Biz, Ermənistan hökumətini və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətləri həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırırıq”.

    “Biz, həmçinin Amulsar (Qeyd: Amuldağ nəzərdə tutulur) qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işlərinin dayandırılması ilə bağlı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının bu yaxınlarda Ermənistan hökumətinə və bütün maraqlı şirkətlərə ünvanlanmış müraciətində qeyd olunan dərin narahatlığa da bölüşürük”, - bəyanatda bildirilib.

    İmzalar:

    1

    Məryəm Daneş

    Vaşinqton və Li Universiteti, ekofəal

    ABŞ

    2

    Aleksandr Eames

    Planet 2030 təşkilatı

    Birləşmiş Krallıq

    3

    Saurab Kumar

    YOUNGO – BMT-in Gənc İqlim Çempionları

    Hindistan

    4

    Patsi Stillo

    “Partners in Health” təşkilatı

    ABŞ

    5

    Şəmsiyə Kukanbekova

    Stop TB Tərəfdaşlığı

    Tacikistan

    6

    Kristina Zhorayeva

    “AFEW”

    Qazaxıstan

    7

    Manoj Prabhu

    “Dure”

    İsveçrə

    8

    Erna Yasareviç

    “Dostluq körpüləri”

    Bosniya və Herseqovina

    9

    Met Qarnet

    Miçiqan Universiteti, eko-fəal

    ABŞ

    10

    Qleb Yevqeniy

    “MADI”

    Rusiya

    11

    Nikolay Russu

    “Gənc Baxış”

    Moldova

    12

    Fernando Sançes

    “Braziliya Tibb Bacıları” Assosasiyası

    Braziliya

    13

    Prof.Dr.Ejaz Khan

    İctimai Səhiyyə və Epidemiologiya üzrə Səhiyyə Xidmətləri Mərkəzi

    Pakistan

    14

    Mohmad Hüseyn Lon

    Beynəlxalq İnsan Hüquqları Komissiyası

    İsveçrə

    15

    Əhməd Hudu Abdullahi

    Afrihealth Optonet Assosasiyası

    Nigeriya

    16

    Karm Sitro

    “Partners in Health” təşkilatı

    ABŞ

    17

    Ermin Yasareviç

    “Dostluq körpüləri”

    Bosniya and Hersegovina

    18

    Naomi NguemadciIbaue Dabot

    “ONG” Çad İqliminin Yaşıl Akademiyası

    Çad

    19

    Kristina Yakama

    “Yaxşı Səhiyyə İcma Təşəbbüsü” Qrupunun rəhbəri

    Keniya

    20

    Konadu

    “Altar” İnam Fondunun rəhbəri

    Qana

    21

    Peter Owiti

    “Wote” Gənclərin İnkişafı Təşkilatının direktoru

    Keniya

    22

    Zeki Kılıçaslan

    İstanbul Vərəm Savaş Dərnəyi

    Türkiyə

    23

    Sergey Uçayev

    “Ishonch və Hayot”

    Özbəkistan

    24

    Stiven Anquva Şikoli

    Kenyanın Vərəm çempionları Şəbəkəsi

    Keniya

    25

    Şəmsəddin Kuzəçi

    Kərkük Mədəniyyəti İctimai birliyi

    Türkməneli-İraq

    26

    Ere Qabriel Erukudi

    ətraf mühit üzrə ekspert, ekofəal

    Nigeriya

    27

    Festus Ngisipaan

    “Kakuma” Sağlamlıq Təhlükəsizliyi Assosasiyası

    Keniya

    28

    Norman Kagiso Matiting

    “TBpeople”

    Botsvana

    29

    Ezekiel Odeoh

    Aqro Ətraf Mühit Fermerləri Assosasiyası (AGEFA)

    Keniya

    30

    Endalkchew Fekadu

    “VHS” təşkilatı

    Efiopiya

    31

    Əli Iklaqa

    “Təbii Eko Paytaxtı” təşkilatı

    Nigeriya

    32

    Gabriel Ekalale

    Asegis İcma Şəbəkəsi

    Keniya

    33

    Nişan Çavan

    İctimai Səhiyyə üzrə ekspert

    Hindistan

    34

    Alfred Edapal

    Lomeds Təşkilatı

    Keniya

    35

    Çarlz Quist

    “Carepol” Fondu

    Qana

    36

    Rebekka Abulon

    “Asegis” İcma şəbəkəsi

    Keniya

    37

    Filiz Duyar Ağca

    Türk Toraks Dərnəyi

    Türkiyə

    38

    Olorun Femi

    “Təbii Eko Paytaxtı” təşkilatı

    Nigeriya

    39

    EMERI ELIUD

    Beynəlxalq TUBAE Təşkilatı

    Keniya

    40

    Coz Mariya

    GEP Fondu

    Argentina

    41

    Lemaya Lumbasi

    “A4ek” QHT-si

    Keniya

    42

    Erlina Burhan

    Respirator Xəstəliklər üzrə İndoneziya Assosasiyası

    İndoneziya

    43

    Loçuç Yatu

    “TODANYATU” İcma-əsaslı Təşkilatı

    Keniya

    44

    Karani Franklin

    Loyifam Təşkilatı

    Keniya

    45

    Cozef Ngaukon Açuqa

    “Ayok” multi İnkişaf Təşkilatı (AMDO)

    Keniya

    46

    Con Akinnuba

    Ekologiya və İcma İnkişaf Mərkəzi

    Nigeriya

    47

    Samuel Iro Tomoro

    TUNETAD

    Keniya

    48

    Kolins Mayor Kinyuru

    Pamoja TB group

    Keniya

    49

    Cozef Kilonzo

    “BİSK” Gənclər təşkilatı

    Keniya

    Tarix : 31-01-2024, 18:55 | Oxunub: 1 491