“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 61 kq işlənmiş batareya təhvil alınıb
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 61 kq işlənmiş batareya təhvil alınıb.
Ekologiya.az bildirir ki, batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Azərbaycan Hava Yolları” aviaşirkətindən, “Bravo” supermarketlər şəbəkəsinin 28 Mall filialından ümumilikdə 61 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
Hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir.