• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Xəyal dünyamızın sərbəstliyi” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

    28

    dek

    “Xəyal dünyamızın sərbəstliyi” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

    Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və “Kreativ ideyalar” klubunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xəyal dünyamızın sərbəstliyi” adlı rəsm müsabiqəsi keçirilib.

    Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqə iştirakçıları əsərlərində ifadə etdikləri ideyaları səsləndiriblər. BDU-nun müxtəlif fakültələrinin tələbələrinin 14 əsəri nümayiş olunub. Müsabiqənin nəticələrinə əsasən, Eltun Xurşudovun “Heydər Əliyev” əsəri I, Leyla Kərimovanın “44 günlük müharibə” əsəri II, Nəzrin Əliyevanın “Keçmişin izləri” əsəri III yerə layiq görülüb.

    Tarix : 28-12-2023, 09:52 | Oxunub: 2 573