Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Tullantıların ekoloji cəhətdən səmərəli idarə olunması və təkrar emal” mövzusunda növbəti maarifləndirici görüşlər keçirilib:
- Saatlı rayonu Mustafabəyli kənd tam orta məktəbi
- Tərtər rayonu H.Hüseynov adına Mamırlı kənd tam orta ümumtəhsil məktəbi
- Tovuz rayonu Əyyublu kənd 1 nömrəli tam orta məktəbi
- Şəmkir rayonu Sartəpə kənd tam orta məktəbi
- Zaqatala rayonu Aşağı Tala kənd 6 nömrəli tam orta ümumtəhsil məktəbi
- Bərdə rayonu E.Məmmədov adına Samuxlu kənd tam orta ümumtəhsil məktəbi

Görüşlərdə şagirdlərə tullantıların növləri və düzgün çeşidlənməsi, təkrar emal prosesi haqqında məlumat verilib, onlarla təbii ehtiyatlardan səmərəli istifadə, gündəlik davranışların ekoloji tarazlığa təsiri barədə müzakirələr aparılıb.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan görüşlərin məqsədi uşaqlarda ekoloji bilik və vərdişlərin inkişafına dəstək olmaq, onlarda təbiətə qarşı məsuliyyətli münasibət formalaşdırmaq, həmçinin daha təmiz, yaşıl və dayanıqlı şəhərlərin qurulmasında hər bir fərdin rolunun vacibliyini diqqətə çatdırmaq olub.