• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici görüşlər keçirilib

    10

    noy

    “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici görüşlər keçirilib

    Ekologiya.az xəbər verir ki, 20 oktyabr-20 noyabr tarixlərində elan olunan “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici görüşlər keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmələrinin mütəxəssisləri tərəfindən uşaqların ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirici görüşlər keçirilib.

    Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasının, Tərtər rayonu Həbib Hüseynov adına Mamırlı və Mehman Həsənov adına Köçərli kənd tam orta məktəblərinin, Şəmkir rayon Düyərli kənd 1 nömrəli tam orta məktəbinin, Ağcabədi rayon Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbin və Xocavənd kənd 2 nömrəli və Sadiq Hüseynov adına 1 nömrəli tam orta məktəblərinin, İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilən görüşdə mütəxəssislər tərəfindən Azərbaycan təbiəti, flora və faunası, ətraf mühitin qorunması sahəsində keçirilən tədbirlər barədə məlumatlar veriblər.

    Eyni zamanda, uşaqlarda təbiətə qarşı sevgi və diqqətin artırılması məqsədilə şagirdlərlə məktəbin həyətində ağacəkmə aksiyaları təşkil edilib.




    Tarix : 10-11-2023, 13:23 | Oxunub: 315