• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qusarda dağlıq ərazidə yanğın olub - FOTO

    12

    fev

    Qusarda dağlıq ərazidə yanğın olub - FOTO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qusar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


    Yanğın nəticəsində 6 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.


    Qusarda dağlıq ərazidə yanğın olub (FOTO/VİDEO)
    Qusarda dağlıq ərazidə yanğın olub (FOTO/VİDEO)


    Qusarda dağlıq ərazidə yanğın olub (FOTO/VİDEO)
    Qusarda dağlıq ərazidə yanğın olub (FOTO/VİDEO)



    Tarix : 12-02-2024, 12:30 | Oxunub: 1 669