• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sahil qəsəbəsində “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

    11

    mar

    Sahil qəsəbəsində “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası 14 mart tarixində Sahil qəsəbəsində “Araz” supermarketin qarşısında keçiriləcək. 

    Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
    Hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

    Tarix : 11-03-2024, 13:49 | Oxunub: 1 520