• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ağcabədidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

    14

    mar

    Ağcabədidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

    Laçınlıların müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.


    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəallarının, gənclərin iştirakı ilə keçirilən aksiya zamanı 450 ədəd Eldar şamı və digər ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

    Aksiya çərçivəsində həmçinin ərazidəki 270-dən çox ağaca qulluq edilib.

    Tarix : 14-03-2024, 19:24 | Oxunub: 1 786