• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazir müavini: Azərbaycanın COP29-a ev sahibliyi etməsi energetika, yaşıl enerji sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir

    15

    mar

    Nazir müavini: Azərbaycanın COP29-a ev sahibliyi etməsi energetika, yaşıl enerji sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir

    Azərbaycanın COP29-a ev sahibliyi etməsi energetika, yaşıl enerji sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

    "Report" xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycanın baş icraçı direktoru Elnur Soltanov jurnalistlərə açıqlamasında deyib.
    O qeyd edib ki, bütün bu proseslər iki istiqamətdə baş verir:

    "Öncəliklə, BMT tərəfindən idarə olunan danışıqlar prosesidir. Bu planlama BMT tərəfindən aparılır. Bir mənada Azərbaycan bu proseslərə birillik ev sahibliyi edir. İkinci mərhələ isə ölkənin öz təşəbbüsünü ortaya qoyması üçün böyük imkanlar qoyur. Ölkə daxilində əhəmiyyətli və qlobal bazara çıxara biləcəyimiz fikirlər üzərində müzakirələr aparılır, artıq işlər yekunlaşır".

    COP29 Azərbaycanın baş icraçı direktoru həmçinin vurğulayıb ki, COP29 sülh addımı ilə başlayıb:

    "Biz ümidvarıq ki, həm gedişi, həm də sonda qalıcı sülhə töhfə verəcək şəkildə bitirəcəyik".

    Ekologiya.az

    Tarix : 15-03-2024, 13:08 | Oxunub: 204