• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Climate Change from Space" platforması COP29-un uğuruna kömək edəcək

    05

    apr

    Climate Change from Space" platforması COP29-un uğuruna kömək edəcək

    "Azərkosmos" "Climate Change from Space" elektron platformasının COP29 tədbirinin uğuruna kömək edəcəyinə ümid edir.

    Trend xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov "İqlim dəyişikliyinə kosmosdan baxış" mövzusunda tədbirin kuluarlarında deyib.

    "Elektron platformamızın COP29 tədbirinin uğuruna kömək edəcəyinə ümid edirik. Bundan başqa, açıq məlumatlar iqlim, su ehtiyatlarımız və Xəzər dənizi, analitika, statistika və proqnozlaşdırma üzərində işləyən tədqiqatçılarımız, alimlərimiz, gənclərimiz və tələbələrimiz üçün yaxşı məlumat mənbəyi olacaqdır", - o deyib.

    Tarix : 5-04-2024, 15:31 | Oxunub: 2 591