• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şahdağda və Xınalıqda qar yağır - Faktiki hava

    08

    apr

    Şahdağda və Xınalıqda qar yağır - Faktiki hava

    Milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 14:30-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.


    Xidmətdən Ekologiya.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Qusar, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlıda yağış, Şahdağda və Xınalıqda qar yağır.

    Cənub-şərq küləyi Naftalanda arabir 18 metr/saniyəyədək güclənib.

    Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qax, Şəki, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan Muxtar Respublikasında 19, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 1 dərəcəyədək şaxta qeydə alınıb.

    Tarix : 8-04-2024, 11:52 | Oxunub: 1 542