• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabahın havası açıqlandı

    20

    noy

    Sabahın havası açıqlandı

    Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
    Bu bardə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
    Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
    Havanın temperaturu gecə 9-11° isti, günün birinci yarısında 11-13° isti, günün ikinci yarısında 7-9° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
    Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
    Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

    Tarix : 20-11-2023, 14:02 | Oxunub: 1 765