• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İqlim dəyişikliyi ilə bağlı ŞOK PROQNOZ - 2049-cu ilə qədər...

    22

    apr

    İqlim dəyişikliyi ilə bağlı ŞOK PROQNOZ - 2049-cu ilə qədər...

    Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər.

    Araşdırmanın nəticələri “Nature” elmi jurnalında dərc olunub.

    Qeyd olunub ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər.

    İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanıb. Əsas təhlükə təbii fəlakətlərin - meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir.

    Materialda həmçinin Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən ən ciddi problemlərlə üzləşəcəyi bildirilib.//Repor

    Tarix : 22-04-2024, 08:56 | Oxunub: 1 560