Azərbaycanda 10 ayda 73 yeni dövlət standartı qəbul edilib
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 73 yeni dövlət standartı qəbul edib.əEkologiya.az bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, bunun
38-i aqrar və qida,
5-i ekologiya,
3-ü kosmetika,
3-ü neft-kimya sənayesi,
4-ü ağır sənaye-maşınqayırma,
8-i tikinti materialları,
3-ü qiymətli metallar və daşlar,
1-ü idarəetmə sistemləri,
2-si təşkilati və metodoloji sahə,
3-ü tibb,
1-i mebel sənayesi,
1-i yüngül sənaye,
1-i isə elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya üzrə qəbul olunub.
Bundan başqa, hesabat dövründə
3 dövlət standartının dövrü yoxlanılması aparılıb və yaxud onlara dəyişikliklər edilib,
51 dövlət standartı isə ləğv olunub.
Eyni zamanda sahibkarların sifarişi əsasında
144 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.