• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu ölkə liderləri COP29-da iştirak edəcək

    27

    apr

    Bu ölkə liderləri COP29-da iştirak edəcək

    Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub.

    Trend xəbər verir ki, bu barədə Azərbaycanın Braziliya, Qayana, Surinam və Ekvadordakı səfiri Rəşad Novruzov "X" platformasındakı paylaşımında deyib.

    Səfir Ekvador, Qayana və Surinamdan olan həmkarları ilə görüşün çox xoş olduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından COP29 Sammitinə dəvət məktubunu Qayana, Surinam və Ekvador prezidentlərinə çatdırmaları üçün sözügedən ölkələrin səfirlərinə təqdim etdiyini bildirib.

    "İkitərəfli, regional və çoxtərəfli münasibətlərə dair səmərəli söhbətimiz oldu. Bu Sammitin həqiqi uğur qazanması üçün qarşıda hamımızı çox iş gözləyir", - deyə səfir sonda qeyd edib.

    Tarix : 27-04-2024, 20:42 | Oxunub: 60