• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “PAŞA Holding” COP29-a hazırlıqda BMT-nin əsas tərəfdaşıdır

    10

    may

    “PAŞA Holding” COP29-a hazırlıqda BMT-nin əsas tərəfdaşıdır

    “PAŞA Holding” Bakıda COP29-a hazırlıq və keçirilməsi ilə bağlı BMT-nin Azərbaycanda əsas tərəfdaşlarından biridir və bu gün bu mühüm hadisə üzrə ilk dialoq keçirilir.

    Trend xəbər verir ki, bu barədə bu gün “PAŞA Holding”in strategiya məsələləri üzrə nümayəndəsi Teymur Hüseynov “29 İqlim söhbəti: COP29-a gedən yol” tədbirində məlumat verib.

    O, BMT nümayəndələrinin və COP29 sədrliyinin bugünkü tədbiridə iştirakını alqışlayıb.

    "Holdinq və onun səhmdarları özəl sektorun iqlimin qorunması ilə bağlı COP29 və bütün məsələlərlə bağlı prosesə cəlb olunmasını vacib hesab edirlər", - deyə o vurğulayıb.

    Hüseynov qeyd edib ki, holdinq bütün beynəlxalq standartlara, yəni ESG strategiyasına da cavab verir.
    "Biz COP29 üzrə iş görüşlərində iştirak edirik, BMT standartlarına uyğun uzunmüddətli davamlı inkişaf strategiyasına sahibik. COP29 ilə bağlı prosesdə iştirakımız fəal olacaq", - deyə Hüseynov əlavə edib.

    Qeyd edək ki, BMT-nin qlobal problemlərin həlli missiyasına uyğun olaraq Holdinq davamlı inkişafa kömək etmək və iqlim dəyişikliyi probleminin həllinə yönəlmiş səmərəli təşəbbüslərin həyata keçirilməsi məqsədilə strateji tərəfdaşlığa başlayıb.

    Mayın 10-da "BMT-nin iqlim dəyişikliyi üzrə konfransına baxış: özəl sektorun perspektivləri" adlı tədbirin əsas məqsədi “PAŞA Holding”in əməkdaşlarına COP29 konfransı barədə ümumi məlumat vermək, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə özəl sektorun rolunu müzakirə etməkdir.

    Tarix : 10-05-2024, 14:20 | Oxunub: 102