“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” (AISA) və “PMD Projects” MMC tərəfindən mayın 15-də “Fairmont Baku”da “Towards COP29” (COP29-a doğru) şüarı altında “Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsinin) zirvəsi keçirilib.
“COP29-a doğru” şüarı adı altında keçirilən tədbirdə AISA İdarə Heyətinin sədri Orxan Xəlilzadə və “PMD Projects” MMC-nin direktoru Nəriman Topçibaşev çıxışlarında ölkəmizin yürütdüyü siyasətə uyğun olaraq, ekoloji cəhətdən təmiz materialların, dayanıqlı dizaynların hazırlanmasını və perspektivli layihələrin həyata keçirilməsini qeyd ediblər.
“Gələcəyini inşa et”, “Ağıllı inşa et” adlı panellərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Ağdam, Füzuli və Xocavənd rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti kimi dövlət qurumları və “Neqsol Holding”, “PMD Projects”, “Hünər Group”, “Farchitects”, “Aslı Mimarlık” kimi özəl şirkətlərin təmsilçiləri gələcək üçün nəzərdə tutulan inşaat metodları, mövcud problemlər və onlar üçün həll yolları, müasir və innovativ tikinti və memarlıq üsulları, tikinti təhlükəsizliyi, ağıllı tikinti sistemləri və şəhərsalma mədəniyyət nümunələri kimi mövzuları müzakirə ediblər.
Nəzərinizə çatdırırıq ki, müzakirələrdə ümumilikdə 300 nəfərdən artıq özəl şirkət və dövlət müəssisəsi əməkdaşlarının iştirak etdiyi zirvə BMT-nin Qlobal Saziş Təşəbbüsünün əsas tərəfdaşlığı, “Norm” ASC, “Farchitects” şirkətlərinin platinium, “IST Services” və ALPİN şirkətlərinin qızıl, UNICONS və “Freyssinet” şirkətlərinin gümüş sponsorluğu, “Kran Group”, “PlanRadar”, “AzDƏMTTETİ”, “Storm-Engineering”, “STV Engineering”, “Fil Agency”, “Qmeter”, “Facemark”, “NS Studio”, “Bizimyol.info”, “Boomerang Agency” və “Liv Bona Dea Hospital”ın tərəfdaşlığı ilə təşkil edilib.