• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Qlobal iqlim dəyişikliyi və Azərbaycanın müasir ekosistemi” mövzusunda elmi konfrans keçirilib - FOTO

    20

    may

    “Qlobal iqlim dəyişikliyi və Azərbaycanın müasir ekosistemi” mövzusunda elmi konfrans keçirilib - FOTO

    Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Qlobal iqlim dəyişikliyi və Azərbaycanın müasir ekosistemi” mövzusunda Respublika elmi konfransı keçirilib.

    Ekologiya.az bildirir ki, tədbir zamanı müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar barədə ətraflı məlumatlar verilib.
    Plenar məruzədə universitetin müəllim heyəti və Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisi tərəfindən “Azərbaycanın alternativ enerji mənbələrindən istifadənin perspektivləri”, “İqlim dəyişmələrinin Azərbaycana təsiri və kənd təsərrüfatında uyğunlaşma strategiyaları” mövzularında çıxışlar edilib.

    Tarix : 20-05-2024, 19:51 | Oxunub: 1 951