• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakı Limanı Dayanıqlı İnkişaf Məqsədləri və COP29 İmkanları üzrə tədbir təşkil edib

    28

    may

    Bakı Limanı Dayanıqlı İnkişaf Məqsədləri və COP29 İmkanları üzrə tədbir təşkil edib

    Bakı Limanı Dayanıqlı İnkişaf Məqsədləri və COP29 İmkanları üzrə tədbir təşkil edib.

    Trend xəbər verir ki, Bakı Limanının Baş əməliyyat inzibatçısı Eugene Seah, BMT-nin Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi, BMT-nin Qlobal Sazişin Azərbaycan üzrə direktoru Samir Məmmədov və digər qonaqlar tədbirdə iştirak edib və açılış nitqi ilə çıxış ediblər.

    Tədbirin məqsədi BMT və BMT Qlobal Sazişi ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi imkanlarını, o cümlədən, layihələri və digər davamlılıq təşəbbüslərini müzakirə etmək olub.


    Tədbirdə, həmçinin, COP29-un imkanları araşdırılıb, Bakı Limanının COP29-a potensial töhfələri və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) məqsədləri müzakirə edilib.

    Tarix : 28-05-2024, 14:50 | Oxunub: 1 432