• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 28 noyabrda ölkə ərazisində yağıntılı və küləkli hava gözlənilir

    28

    noy

    28 noyabrda ölkə ərazisində yağıntılı və küləkli hava gözlənilir

    Azərbaycanda noyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərində yağıntının qısa müddətə intensivləşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

    Havanın temperaturu gecə 6-8°, gündüz 9-12° isti olacaq. Azərbaycanın rayonlarının bəzi yerlərində arabir havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7°, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

    Tarix : 28-11-2023, 03:55 | Oxunub: 1 949