• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29 əməkdaşlığın genişləndirilməsi və "yaşıl" enerjiyə keçidə böyük töhfə verəcək - Tənzilə Narbayeva

    06

    iyn

    COP29 əməkdaşlığın genişləndirilməsi və "yaşıl" enerjiyə keçidə böyük töhfə verəcək - Tənzilə Narbayeva

    Bilirsiniz ki, Azərbaycanda COP29 tədbiri keçiriləcək. Bu mötəbər tədbir bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və "yaşıl" enerjiyə keçidə böyük töhfə verəcək.

    Trend-in məlumatına görə, bunu Özbəkistan Respublikası Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva TÜRK PA-nın Bakıda keçirilən “Türk dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusunda 13-cü Plenar iclasında çıxışı zamanı deyib.

    O qeyd edib ki, ölkələrimiz iqlim dəyişikliyinə qarşı birgə mübarizə aparmalıdır.

    “Bir birgə elmi araşdırmalar aparmalıyıq, ekoloji problemlərin həllində birgə səylərimizi göstərməliyik”, - deyə o əlavə edib.

    Qeyd edək ki, Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilir. İclasda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası (ŞKTR) Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq təşkilatlarının nümayəndələri iştirak edir.

    Tarix : 6-06-2024, 19:26 | Oxunub: 1 536