• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29 prezidenti kiçik ada dövlətləri üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə görüşüb

    07

    iyn

    COP29 prezidenti kiçik ada dövlətləri üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə görüşüb

    Almaniyanın Bonn şəhərində BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində COP29 sədrliyinin komandası inkişaf etməkdə olan kiçik ada dövlətləri (SİDS) üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə ikitərəfli görüş keçirib.

    "Report"un Qərbi Avropa bürosu xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev görüşdə Azərbaycanın COP29 gündəliyində duran əsas məsələlər barədə məlumat verib.

    SİDS iqlim dəyişmələrinin mənfi təsirlərinə həssas ölkələr kateqoriyasında yer almaqdadır.

    Bu çərçivədə görüş zamanı iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşma, iqlim maliyyələşməsi, dəniz səviyyəsinin qalxması, təbii fəlakətlər və kiçik ada dövlətlərinin üzləşdiyi digər ekoloji problemlər və onların həlli yolları ətrafında müzakirlər aparılıb və COP 29-dan gözləntiləri dinlənilib.


    Tarix : 7-06-2024, 10:25 | Oxunub: 3 552