• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycana qar yağıb- FAKTİKİ HAVA

    17

    okt

    Azərbaycana qar yağıb- FAKTİKİ HAVA

    Ekologiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 17-si  saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb.

    Düşən yağıntının miqdarı:  Ordubad, Lerik, Şahdağ, Culfa, Zərdab, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, İsmayıllı, Qobustan, Xaltan, Göyçay, Beyləqan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

    Qar örtüyü əmələ gəlib:  Şahdağda 2 sm olub. 

    Duman: Qrız, Göygöl, Şamaxı, Lerikdə müşahidə olunub.

    Külək: Qərb küləyi arabir Naxçıvanda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlvəzdə 16 m/s-dək güclənib.

    Tarix : 17-10-2023, 11:16 | Oxunub: 1 934