• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan İFC ilə COP29-da iqlim maliyyəsi üzrə ümumi öhdəlikləri müzakirə edib

    01

    iyl

    Azərbaycan İFC ilə COP29-da iqlim maliyyəsi üzrə ümumi öhdəlikləri müzakirə edib

    Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə (İFC) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müəyyənləşdirilmiş hədəflər və iqlim maliyyəsi üzrə ümumi öhdəliklərlə bağlı məsələlər müzakirə edib.

    “Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə müzakirələr Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovvə İFC-nin iqlim biznesi üzrə qlobal direktoru Cemi Fergüsson arasında keçirilən görüşdə aparılıb.

    M. Cabbarov C. Fergüssonla videokonfrans formatında görüş keçirib.

    Görüşdə Azərbaycanda keçiriləcək COP29 tədbiri, “yaşıl” keçid, sahibkarlığın inkişafı məsələləri nəzərdən keçirilib. Tərəflər COP29 çərçivəsində müəyyənləşdirilmiş hədəflər, iqlim maliyyəsi üzrə ümumi öhdəliklər və digər potensial əməkdaşlıq sahələrini müzakirə ediblər.

    Tarix : 1-07-2024, 19:40 | Oxunub: 1 400