• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bolqarıstan "Azərbaycan-Gürcüstan-Qara dəniz-Aİ" "yaşıl" enerji dəhlizinin inkişafında iştirak edəcək

    02

    iyl

    Bolqarıstan "Azərbaycan-Gürcüstan-Qara dəniz-Aİ" "yaşıl" enerji dəhlizinin inkişafında iştirak edəcək

    Bolqarıstan "Azərbaycan-Gürcüstan-Qara dəniz-Aİ" "yaşıl" enerji dəhlizinin inkişafında iştirak edəcək və bu layihəni Bakıda müzakirə etməkdən məmnundur.

    Trend xəbər verir ki, bu barədə  Bolqarıstan energetika naziri Vladimir Malinov Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclasında deyib.

    "Ötən həftə Bolqarıstanın Nazirlər Şurası 20 faiz payla bu layihədə iştiraka razılıq verib. Azərbaycanın "yaşıl" layihələri inkişaf etdirməsini vacib hesab edirik. İnanırıq ki, Bolqarıstan bu layihədə mühüm rol oynayacaq", - deyə Malinov vurğulayıb.

    Xatırladaq ki, bu cür dəhlizin yaradılması təşəbbüsü 2022-ci ildə Aİ ilə Azərbaycan arasında irəli sürülüb. Söhbət Xəzər dənizində Azərbaycanın gələcək külək stansiyalarından Avropaya mümkün enerji nəqlindən gedir.

    Tarix : 2-07-2024, 09:00 | Oxunub: 2 032