“Azərişıq” ASC tərəfindən Elektromobil istifadəçiləri üçün 104 qoşulma nöqtəsi istismara verilib, xüsusi proqram təminatına inteqrasiya edilib.

Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”nin I yarımil üzrə icra vəziyyətinə dair iclasında Azərişıq” ASCin sədr müavini Ramil Yusifov deyib.

O bildirib ki, bunların əsas hissəsi Bakıya düşür. 

“Sonrakı yerlərdə isə işğaldan azad edilmiş ərazilər və digər bölgələr gəlir”,- deyə o, əlavə edib.