• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dünya Bankı ilə yaşıl enerjiyə qoşulma məsələləri müzakirə edildi

    17

    iyl

    Dünya Bankı ilə yaşıl enerjiyə qoşulma məsələləri müzakirə edildi

    Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Trend xəbər verir ki, bu barədə energetika Nazirliyi məlumat yayıb.

    Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda əməkdaşlığın inkişafı, ölkəmizdə yaşıl enerjinin inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi, o cümlədən, “Masdar” şirkəti tərəfindən reallaşdırılan günəş və külək elektrik stansiyalarının enerjisistemə qoşulması ilə bağlı görülmüş işlər müzakirə edilib. 

    Görüşdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri də iştirak ediblər.



    Tarix : 17-07-2024, 19:20 | Oxunub: 1 816