• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tibbi tullantıların düzgün idarə olunması sahəsində növbəti maarifləndirici tədbirlər keçirilib - FOTO

    24

    iyl

    Tibbi tullantıların düzgün idarə olunması sahəsində növbəti maarifləndirici tədbirlər keçirilib - FOTO

    Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

    Ekologiya.az bildirir ki, bu sahədə növbəti görüşlər Laçın, Zərdab, Göygöl rayonlarının və Mingəçevir şəhərinin mərkəzi xəstəxanalarında keçirilib.
    Görüş çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları ətrafında məlumat verilib.

    Tarix : 24-07-2024, 15:55 | Oxunub: 1 800