• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Somali hökuməti COP29-un məqsədlərinə nail olmaq üçün Azərbaycanla işləməyə hazırdır - XİN rəhbəri

    27

    iyl

    Somali hökuməti COP29-un məqsədlərinə nail olmaq üçün Azərbaycanla işləməyə hazırdır - XİN rəhbəri

    Somali hökuməti COP29-un məqsədlərinə nail olmaq üçün Azərbaycanla işləməyə hazırdır.

    Trend xəbər verir ki, bu barədə bu gün Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

    "Səfərim iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə təsadüf edib. İnanıram ki, bu münasibətlər əməkdaşlığımızın dərinləşməsinə imkan yaradacaq. Bu illər ərzində əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edib. Bu gün ticarətin genişləndirilməsi imkanlarını, neft-qaz və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə etdik. Əlaqələrimizin genişləndirilməsi üçün bütün addımları atmağa hazırıq. Həmçinin Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik etmək istərdim. Hökumətimiz bu konfransın məqsədlərinə çatmaq üçün Azərbaycanla işləməyə hazırdır. Azərbaycan hökumətinin xalis sıfır emissiya hədəflərinin əldə edilməsi üzrə böyük təcrübəyə malikdir", - deyə o vurğulayıb.

    Bundan başqa, nazir Azərbaycan hökumətinə və xalqına xoş qarşılanmaya görə minnətdarlığını bildirib.

    "Uzun illər ərzində biz müxtəlif layihələrdə, o cümlədən təhsil və diplomatiya üzrə əməkdaşlıq edərək ümumi görüşlərdən fayda əldə etmişik", - deyə o əlavə edib.

    (Tərcümə: Rəna Əbdürəhmanova)

    Tarix : 27-07-2024, 20:40 | Oxunub: 2 320