”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində Energetika Nazirliyindən, “Neptun” supermarketlər şəbəkəsinin Xətai filialından, “Araz” supermarketlər şəbəkəsinin Spar-1 filialından və “Çinar Plaza” biznes mərkəzindən ümumilikdə 55 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib. 

Hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırırıq.

Ekologiya.az