• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ASCO 9 ayda 549 ton tullantını təkrar emala yönəldib

    07

    dek

    ASCO 9 ayda 549 ton tullantını təkrar emala yönəldib

    Bu ilin yanvar-noyabr aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 549 ton tullantını təkrar emala göndərib.

    Ekologiya.az ASCO-ya istinadən xəbər verir ki, bunun 1,1 tonu kağız, 1,2 tonu plastik, 2,8 tonu əlvan metal, 543,9 tonu qara metal olub.

    Tullantılar çeşidlənmiş formada aidiyyəti üzrə təkrar emal müəssisələrinə təhvil verilib.

    ASCO-da təkrar emalın əhəmiyyəti barədə əməkdaşlar arasında mütəmadi maarifləndirmə işləri həyata keçirilir, müxtəlif aksiyalar təşkil olunur. Belə tədbirlərin məqsədi təkrar emala dəstəyi artırmaq, ekologiyaya töhfə vermək və gələcəyə qayğı ilə yanaşmanı aşılamaqdan ibarətdir.

    Tarix : 7-12-2023, 13:54 | Oxunub: 1 696