• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Ekspert saatı”nın növbəti qonağı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini olub

    07

    dek

    “Ekspert saatı”nın növbəti qonağı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini olub

    “Ekspert saatı”nın növbəti qonağı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyevdir. O, aşağıdakı mövzular ətrafında sizi maraqlandıran sualları cavablandıracaq.

    Ötən dövr ərzində həyata keçirilən reintroduksiya layihələri (bizonlar, ceyranlar, nəcib marallar və s.), bu sahədə qarşıdakı illərdə nəzərdə tutulan layihələr;

     Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyəti və UNESCO ilə iş sahəsində gələcək perspektivlər; 
     Bioloji müxtəlifliyin qorunması işində beynəlxalq əməkdaşlığın bu sahəyə gətirdiyi  yeniliklər; 
     Xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi istiqamətində gözlənilən layihələr;
     Azərbaycanın mili parklarının turizm potensialı və onun təbliği.

    Suallarınızı postun altında qeyd edə bilərsiniz.

    Tarix : 7-12-2023, 16:55 | Oxunub: 1 557