“Ekspert saatı” rubrikasının növbəti buraxılışı 24 noyabr tarixində, saat 16:00-17:00 aralığında keçiriləcək. 

Ekologiya.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov və ETSN-in Beynəlxalq Əməkdaşlıq şöbəsinin İqlim Dəyişmələri sektorunun müdiri Yaşar Kərimov tərəfindən aşağıda qeyd olunan mövzular ətrafında suallarınız canlı yayımda cavablandırılacaq. 

🔹 Ölkəmizin İqlim Dəyişmələri üzrə 28-ci Konfransda (COP28) iştirakı;
🔹 Müasir standartlara cavab verən erkən xəbərdarlıq sisteminin tətbiqi;     
🔹 Qış fəsli üçün gözlənilən hava şəraiti;    
🔹 Atmosfer havasının keyfiyyəti, monitorinqlər və təhlillərin nəticələri;  
🔹 Meteorologiya sahəsində regional və beynəlxalq əməkdaşlığın əhəmiyyəti.

Əziz vətəndaşlar sizi maraqlandıran sualları səhifəyə yazın, canlı yayımda ekspertlər tərəfindən cavablandırılsın!