• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qırğız Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsindəki təşəbbüsləri çox vacibdir

    11

    okt

    Qırğız Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsindəki təşəbbüsləri çox vacibdir

    Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər çox vacibdir.

    "Report" xəbər verir ki, bunu Qırğız Respublikası Prezidentinin xüsusi nümayəndəsi Dinara Kemelova Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən dəyirmi masada deyib.

    O qeyd edib ki, dünya ölkələri baş verən təbii fəlakətlərə qarşı tədbirli olmalı, öz əhalisini bu istiqamətdə maarifləndirməlidir:

    "COP29 çərçivəsində baş verə biləcək iqlim fəlakətlərinə hazırlıq məsələsini müzakirə etməliyik. Dünya ölkələri BMT-nin iqlimlə bağlı qətnamələrinə dəstək verməlidir. Biz bu istiqamətdə çox işləməliyik ki, insanlara və təbiətə dəyən ziyanı azaldaq".

    O həmçinin vurğulayıb ki, iqlim dəyişikliyi nəticəsində baş verə biləcək təbii fəlakətlərlə mübarizədə alətlərin azlığı narahatedici məqamdır:
    "Düşünürəm ki, yeni alətlər tapmalıyıq. Məsələn, Qırğızıstanda təbii fəlakət baş verərkən insanlar nə etməli olduqlarını bilmirdilər. Bu cür hadisələrin mənfi nəticələri ilə mübarizə aparmalıyıq".

    Tarix : 11-10-2024, 17:19 | Oxunub: 1 376