• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Göygöldə ayılar kəndlərə hücum edib, ekologiya idarəsi hərəkətə keçdi

    25

    okt

    Göygöldə ayılar kəndlərə hücum edib, ekologiya idarəsi hərəkətə keçdi

    Göygöl rayonunun Quşçu və Qarabulaq kəndlərində ayılar təsərrüfata hücum edərək zərər vurublar.

    Kənd sakinlərinin Ekologiya.az-a verdiyi məlumata görə, son günlərdə dəfələrə onlara məxsus arı yeşikləri, mal-qara və meyvə ağacları ayılar tərəfindən zərər görüb.

    Sakinlər bildiriblər ki, bir neçə gün öncə həm Quşçu kəndində, həm də qonşu kəndlər olan Qarabulaq və Sarısu kəndlərində bir neçə nəfərin təsərrüfatına ayılar tərəfindən ciddi zərər yetirilib.

    Belə ki, ayılar Quşçu kənd sakini Y.Qarayevaya, həmçinin Qarabulaq kənd sakini M.Haqveridyevaya məxsus arı təsərrüfatına zərər vurub, bir neçə pətək dağıdılıb, arı ailələri tələf olub.

    Qarabulaq kənd sakini E.Məmmədova məxsus meyvə və qoz ağacları da ayılar tərəfindən sındırılıb.

    Qarabulaq kənd sakini S.Alışanova məxsus iki baş mal-qara isə ayılar tərəfindən parçalanıb.

    Sakinlər oxşar halın qonşu kənd olan Sarısuda də baş verdiyini bildiriblər

    Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirliyin 10 saylı Regional idarəsinin əməkdaşları ərazidə olub, faktlarla bağlı qeydlər alıblar.
    10 saylı Regional idarəsində bildirilib ki, məsələ nəzarətə alınıb bununla bağlı komisiya yaradılıb və aidiyyatı qurumlar komisiyaya cəlb olunub.

    Tarix : 25-10-2023, 23:00 | Oxunub: 3 598