• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sadiq Qurbanov: Tibbi tullantılar təhlükəli, hətta ölümcül xəstəliklər ötürür

    22

    dek

    Sadiq Qurbanov: Tibbi tullantılar təhlükəli, hətta ölümcül xəstəliklər ötürür

    “Tibbi tullantılar çirklənmiş materiallardır. İnsan və ya heyvanların hissələri, bədən mayeləri də daxil olmaqla virus və bakteriyalarla dolu bu materiallar həm ətraf mühit, həm də insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu tullantılara açıq əllə toxunmaq olmaz. Onlar adi məişət tullantıları qutusuna atılmamalıdır. Ev şəraitində də tibbi tullantılar varsa, yaxınlıqdakı tibb müəssisələrinə təhvil verilməlidir”.

    AZƏRTAC xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə keçirilən “Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə deyib.

    O, eyni zamanda bildirib ki, insanlarla yanaşı bitki və heyvanlar üçün də çox zərərli olan tibbi tullantılar təhlükəli, hətta ölümcül xəstəliklər ötürür. Elə tibbi tullantılar var ki, utilizasiya olunmamış torpağa basdırıldıqda yüz illərlə çürümür və beləliklə yeraltı su hövzələrinə qarışıb ağır yoluxucu xəstəliklər yayır. Ona görə də tibbi tullantıların idarə olunması çox vacib bir prosedurdur.

    Tarix : 22-12-2023, 02:37 | Oxunub: 2 044