• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırılıb

    22

    yan

    Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırılıb

    Ötən gün Göygöl rayonu, yerli əhəmiyyətli Çaykənd-Quşçu-Sarısu avtomobil yolunun 2-ci kilometrlik hissəsində yamacdan torpaq qatının yolun hərəkət hissəsinə doğru sürüşməsi baş verib.


    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə AAYDA-nın Göygöl rayonu üzrə tabeli təşkilatının xüsusi texnikası və canlı qüvvəsi səfərbər olunub.


    Qısa müddət ərzində yolun hərəkət hissəsi torpaq qatından təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

    Tarix : 22-01-2025, 19:45 | Oxunub: 800