EKOLOGİYA
SON DƏQİQƏ
Samux rayonunda “Təmiz ölkəm” devizi altında ümumrayon iməciliyi keçirilib/FOTO
01 fevral 2025
14:14
2 992 baxış
Samux rayonunda “Təmiz ölkəm” devizi altında ümumrayon iməciliyi keçirilib.
Rayonun bütün yaşayış məntəqələrini əhatə edən aksiyada Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, rayon ictimaiyyətinin nümayəndələri könüllü olaraq iştirak ediblər.
Aksiya çərçivəsində rayon ərazisi, əsasən də Samux şəhərinin meşə mühafizə zolağıının ətrafı məişət tullantılarından, otlardan, qurumuş ağac və gül kollarından təmizlənib. Ekologiya.az
![]()
![]()