• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah qar yağacaq, yollar buz bağlayacaq

    07

    fev

    Sabah qar yağacaq, yollar buz bağlayacaq

    Bakıda və Abşeron yarımadasında fevralın 8-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, səhərdən yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimalı var.

    Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək isti, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 70-75 % olacaq.

    Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-6° şaxta olacaq. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

    Tarix : 7-02-2025, 13:50 | Oxunub: 1 864