• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu gün Abşeron Milli Parkının yaranması günüdür - FOTO

    08

    fev

    Bu gün Abşeron Milli Parkının yaranması günüdür - FOTO

    Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci il fevralın 8-də yaradılıb.

    Dəniz sahili, su-bataqlıq ərazisi, yarımsəhra landşaftına malik olan xüsusi mühafizə olunan təbiət ərazisində yovşan, ot sarmaşığı, yabanı kök, adi qamış, iti cığ və s. bitki növlərinə rast gəlinir.


    Burada fauna növlərindən adi qızılqaz, bizquyruq ördək, kiçik qarabatdaq, boz canavar, çaqqal, Aralıq dənizi tısbağası, Xəzər tısbağası, su ilanı və s. yaşayır.


    Milli parkın ərazisində “Qırmızı Kitab”a daxil olan növlərdən Xəzər suitisi, ceyran, sultan quşu, ağgöz dalğıc, fısıldayan qu quşu, adi qızılqaz, kürən vağ, qıvrımlələk qutan və s. mövcuddur.Ekologiya.az

    Tarix : 8-02-2025, 13:52 | Oxunub: 1 784