"Ekologiya.az xəbər verir ki, “Heydər Əliyev ili” çərçivəsində təşkil olunan ağacəkmə aksiyasında rayonun Ziyadlı kəndində, Samux-Yenikənd avtomobil yolunun kənarında və Burunqovaq, Salahlı, Poylu, Kəsəmən kəndlərinin ərazisində, bir gün ərzində, rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 15 000 ağac əkilib.
Əkilən ağacların suvarılması üçün damcılı suvarma sistemi quraşdırılıb. Ağacəkmə aksiyasında Samux RİH başçısı Firdovsi Əliyev, şəhid ailələri, gənclər və rayon ictimaiyyəti iştirak edib.
