• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Zəfər Günündə ağacəkmə kampaniyaları keçirilib- FOTO

    08

    noy

    Zəfər Günündə ağacəkmə kampaniyaları keçirilib- FOTO

    Ekologiya.az xəbər verir ki, 8 noyabr - Zəfər Günü Müşfiqabad və Qobustanda ağacəkmə aksiyaları ilə qeyd olunub

    Vətən müharibəsində qazanılmış şanlı Qələbənin üçüncü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinin, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarının iştirakı ilə ölkə ərazisində genişmiqyaslı ağacəkmə aksiyaları təşkil olunub.

    Nazirlik əməkdaşlarının, könüllülərin və hərbçilərin iştirakı ilə Qobustan ərazisində keçirilən ağacəkmə aksiyasında 1000-ə yaxın, Müşfiqabad qəsəbəsində isə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 3000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.




    Tarix : 8-11-2023, 16:51 | Oxunub: 2 260