Türkiyənin İzmir vilayətində yerləşən meşəlik ərazidə güclü yanğın baş verib.

Trend xəbər verir ki, yanğın İzmirin Kınık rayonunda qeydə alınıb.


Bölgəyə 5 yanğınsöndürən təyyarə, 7 helikopter, 28 xüsusi maşın, 10 su təchizatı vasitəsi və 3 buldozer cəlb olunub.

Alovla mübarizə davam edir.