• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gözoxşayan təbiət mənzərələri - Qəçrəş meşəsi

    27

    iyn

    Gözoxşayan təbiət mənzərələri - Qəçrəş meşəsi

    Qubanın məşhur Qəçrəş meşəsi.

    Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş meşəsinin mənzərəsini seyr etməkdən zövq alırlar. Qəçrəş kəndi Qubanın rayon mərkəzindən təxminən 10 kilometr məsafədə yerləşir. Bu kəndin girişindəki meşə zolağı ölkəmizdə məşhurdur.

    İstirahət üçün Qəçrəş meşələrinə üz tutan turistlər əsrarəngiz təbiət mənzərələrini seyr etməklə yanaşı, buradakı otel və restoranların xidmətlərindən də istifadə edirlər. Yerli sakinlər tərəfindən turistlərə atla gəzinti və dadlı göy qutabı da təklif olunur.

    Quba-Xınalıq turizm marşrutu üzərində ən çox istirahət mərkəzləri məhz Qəçrəş kəndi ərazisindədir. Rayon iqtisadiyyatının inkişafında bu mərkəzlərin böyük rolu var. Qəçrəş və ətraf ərazilərdə dincəlmək üçün münasib qiymətə turizm obyekti tapmaq mümkündür.

     


    Tarix : Dünən, 14:40 | Oxunub: 560