• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DETX bu rayon ərazisində 14 ədəd ağacın kəsildiyini müəyyən edib

    12

    fev

    DETX bu rayon ərazisində 14 ədəd ağacın kəsildiyini müəyyən edib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Şəmkir və Zaqatala rayonlarının inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.


    Ekologiya.az araşdırma zamanı Şəmkir rayonu Keçili kəndinin inzibati ərazisində Rusiya Federasiyası sakini Gəray Həsənov tərəfindən 2 ədəd və Zaqatala rayonu Əliabad qəsəbəsinin inzibati ərazisində həmin qəsəbə sakinləri Eldar Ağaməmmədov və Abdulla Ağaməmmədov tərəfindən ümumilikdə 14 ədəd ağacın kəsildiyi müəyyən edilib.
    Faktlarla bağlı adıçəkilən şəxslər barəsində fiziki şəxs qismində protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.

    Tarix : 12-02-2026, 20:56 | Oxunub: 1 400