• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar götürüldü bu ərazi də meşə zolağı salındı

    01

    may

    Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar götürüldü bu ərazi də meşə zolağı salındı

    Hazırda biz Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyindəyik. Burada keçən əsrin 60-70-ci illərində yolun həm sağ, həm də sol tərəfində Eldar şamı cinsindən ibarət meşə zolağı salınıb.


    Son illər ərzində burada meşənin ziyanvericilərlə və xəstəliklərlə yoluxması müşahidə edilib. Buna qarşı müəyyən profilaktik tədbirlər görülməsinə baxmayaraq, ərazidə kütləvi yoluxma daha da genişlənib və Eldar şamı cinsindən olan ağaclar ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən quruyub.


    Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin rəis müavini Cabbar Qəribov deyib.


    Onun sözlərinə görə, xəstəliyin ətrafdakı digər sağlam ağaclara keçməməsi üçün qurumuş ağacların götürülməsinə zərurət yaranıb. Ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların bir hissəsi artıq götürülüb.


    “Hazırda ərazidəki digər qurumuş ağacların götürülməsi işləri aparılır, quru ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri tərəfindən təmizlənərək ərazidən daşınır. Sahə meşə əkininə hazırlandıqdan sonra götürülmüş ağacların yerinə yerli iqlim şəraitinə uyğun yeni ağaclar əkilərək yeni meşə zolağı salınacaq”, - deyə o əlavə edib.

    Tarix : 1-05-2024, 14:42 | Oxunub: 2 064